AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

İtaliyalı gimnast: Milli Gimnastika Arenası mənə teatrı xatırladır

26.04.2019

İtaliya gimnastı Aleksandra Acurcukuleze bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə təsnifat mərhələsində çıxışından razı qalıb.

Bunu Trend-ə gimnast özü deyib.

O çıxışı zamanı xırda səhvlərə yol verdiyini desə də, proqramı yerinə yetirməsindən razı qalıb.

İtaliyalı gimnast əlavə edib ki, Milli Gimnastika Arenası onda heyrət doğurur:

“Bu arena çox böyükdür və mənə teatrı xatırladır. Mən isə teatrı çox sevirəm, ona görə də mənim burada çıxış etməkdən çox xoşum gəlir”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.