AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycan gimnastı: Bakıdakı Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır

24.01.2020

Azərbaycanlı gimnast Fərid Mustafayevin sözlərinə görə o, Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna fəal hazırlaşır.

O bildirib ki, məşqlər gündə iki dəfə keçirilir:

“İndi biz kombinasiyaları çətinləşdiririk ki, yarış zamanı proqramı səhvsiz yerinə yetirək. Dünya Kuboku ərəfəsində həyəcan əlbəttə ki, var. Mənim üçün qarşıdan gələn Dünya kuboku öz bacarıqlarımı nümayiş etdirmək üçün böyük şansdır”.

Gimnast vurğulayıb ki, Dünya Kubokunda Azərbaycanı təmsil etmək onun üçün böyük məsuliyyətdir:

“Ölkəni vacib yarışlarda təmsil etmək həm böyük məsuliyyət, həm də şərəfdir. Tamaşaçılara müraciət etmək istəyirəm ki, yarış günü onlar Milli Gimnastika Arenasına gəlsinlər və bizi dəstəkləsinlər”.

Qeyd edək ki, Fərid Mustafayev fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinq yarışlarında çıxış edəcək.