AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Gürcüstan gimnastı: Bakıda özümü evdəki kimi hiss edirəm

13.02.2020

"Mən Milli Gimnastika Arenasında yaradılan məşq imkanına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdaram" - bunu Bakıda təlim-məşq toplanışlarında iştirak edən Gürcüstan gimnastı Salome Pajava deyib.

O, Bakıda özünü rahat hiss etdiyini bildirib:

“Bakıda özümü evdəki kimi hiss edirəm. Tezliklə yeni mövsüm başlayır. Gələn həftə Moskva Qran-prisi keçiriləcək. Azərbaycanda mənə bu və digər yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün imkan yaradıblar. Məni qarşıda 2020-ci il Olimpiya oyunları üçün lisenziya xarakteri daşıyan yarışlar gözləyir. Ona görə də mənə bu cür gözəl şərait yaratdığı üçün Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm”.

 

S.Pajava Azərbaycan gimnastlarının yüksək hazırlıq səviyyəsini də qeyd edib:

“Biz azərbaycanlı gimnastlarla tez-tez qarşılaşırıq, onlar ciddi rəqiblərdir. Mən qızları ötən il dünya çempionatında uğurlu çıxışları münasibətilə təbrik edirəm”.