AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Qazaxıstan məşqçisi: Azərbaycan hər zaman idmançıları layiqincə qarşılayır

04.02.2020

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Qazaxıstan milli komandasının üzvlərinin təlim-məşq toplanışları keçirilir.

Komandanın baş məşqçisi Sergey Vertyankin Trend-ə bildirib ki, komanda toplanışlara yanvarın 30-da gəlib:

“Azərbaycan hər zaman idmançıları layiqincə qarşılayır və zəruri şərait yaradır. Biz Bakıya fevralın 15-16-da keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku ərəfəsində gəlmişik ki, iki həftə əvvəldən alətləri sınaqdan keçirək. Qazaxıstan komandasını iki nəfər batut gimnastikası, iki nəfər isə tamblinqdə olmaqla dörd idmançı təmsil edəcək”.

 

S.Vertyankinin sözlərinə görə, Dünya kubokuna ən güclü idmançılar gələcək:

“Hər yarış ərəfəsində biz səviyyəni yüksəldirik. İdmançılarımızın çətin proqramları icra etməsi lazımdır ki, finala çıxıb medalllar uğrunda mübarizə aparsınlar. Yarışa gələcək komandalar güclüdür, hər birinin güclü idmançıları, liderləri var. Onlarla layiqli mübarizə aparacağıq”.