ENG
Sport begins üith gymnastics

Stages of development

20152018
January / February / March / April / June / July / August / October / November / December

Aprel

Bakıda ilk dəfə Batut Gimnastikası, Tamblinq və İkili-mini Batut üzrə 26-cı Avropa Çempionatı uğurla keçirilmişdir.

Bakıda keçirilən çempionatda tamblinqçimiz Mixail Malkin qızıl medal qazanmışdır.

Bu çempionatda sinxron cütlükdə çıxış edən Azərbaycanın qadın batutçuları Svetlana Makştaryova və Veronika Zemlyanaya gümüş medal qazanmışlar.

Bakıda keçirilən çempionatda Azərbaycanlı 2 kişi və 2 qadın batutçular 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Avropa Oyunlarına lisenziya əldə etmişlər.

Belçikanın Antverp şəhərində baş tutan akrobatika gimnastikası üzrə 26-cı Dünya Çempionatında gimnastlarımız 2019-cu ildə 2-ci Avropa Oyunlarına qarışıq cütlük proqramında lisenziya əldə etmişlər.

Bakıda ilk dəfə olaraq, bədii gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir uğurla təşkil edilmişdir.

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy uğurla keçirilmişdir.