İdman

gimnastikadan

başlayır

Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları

Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları

Yarış haqqında

Martın 3-dən 6-dək paytaxtımız Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək.  Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən 24 ölkədən  438 gimnastın iştirakı gözlənilir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar. 
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək. 
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edib. 
Ötən il İsveçrənin Cenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə 11-ci dünya yaş qrupları yarışları təmsilçilərimizin bürünc medal qazanması ilə yadda qalmışdı. Belə ki, Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (12-19 yaş qrupu) ibarət qadın qrupumuz qarışıq hərəkətlər proqramı üzrə final çıxışlarına görə fəxri kürsünün üçüncü pilləsində yer almışdılar. 
Bu medal Azərbaycan gimnastika tarixində məhz dünya yaş qrupları yarışlarında qadın qrupu proqramında əldə olunan ilk nəticə olub. Həmin yarışda finala yüksələn Milana Əliyeva və Nizam Xamidulindən (12-19 yaş qrupu) ibarət qarışıq cütlüyümüz 5-ci olmuşdu. 2021-ci ildə İtaliyanın Pesaro şəhərində keçirilmiş Avropa Yaş Qrupları Yarışlarında isə Mİlana və Nizam hər kəsi gümüş medalla sevindirmişdi. Həmin yarışların ardınca təşkil edilmiş Avropa çempionatında isə qadın qrupumuz bürünc medal qazanmışdı.
Qeyd edək ki, paytaxtımızda keçiriləcək yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır. 
Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq. 


 


 

Faydalı məlumatlar

İştirakçılar

ADLER Hannah

ANGERBAUER Carina

ANGERBAUER Carina

DOMENIG-OZIMIC Victoria

DORFINGER Theodor

ECKERT Lilien

FISCHER Finja

GALLAUNER Katharina

HAYDN Eila

HOFBAUER Nora

LOEFFLER Theo

LOIDL Celina

MAGLOCK Svenja

PFUND Jana

PRANJKOVIC Lorena

ROCK Philippa

STIGLITZ Ella

TAXPOINTNER Cassedy

ULRICH Lena

WAGENSONNER Jimena