AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

"NEFTÇİ" KLUBLARARASI DÜNYA ÇEMPİONATINDA 5-Cİ OLUB

28.10.2013

Azərbaycanın yeniyetmə gimnastı Jalə Piriyeva yaşca böyük olan komanda yoldaşları Lalə Yusifova və Marina Durunda ilə birlikdə Yaponiyada başa çatmış klublararası dünya çempionatında "Neftçi" kollektivinin triosunu təşkil edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, medal qazanmasa da, komandanın yekunda 5-ci yeri tutmasında xidməti böyük olub. Piriyevanın özü isə Tokyo Gymnasium Metropolitain arenasına toplaşan azarkeşlərin alqış sədaları altında finala çıxaraq yuniorların turnirində 4-cü yeri tutub.

Komandanın liderlərindən olan Durunda çıxışını 6-cı, Yusifova isə 8-ci yerdə başa çatdırıb. Hər üç turnirdə isə qələbəni "Qazprom" komandasından olan rusiyalı gimnastlar qazanıblar.