İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Dünya Kuboku, AGF Trophy

Bədii gimnastika üzrə Dünya Kuboku, AGF Trophy

Yarış haqqında

Aprelin 21-dən 23-nədək paytaxtımız gimnastika üzrə daha bir yarışa ev sahibliyi edəcək. Belə ki, bu dəfə dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq Dünya kubokunda bir araya gələcəklər. 
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq.  
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. 

Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.  
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 9 Dünya kubokuna ev sahibliyi edib.  
Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 10 final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində (www.agf.az) mütəmadi olaraq yenilənəcək. 

Yarışlar hər gün saat 10:00-da başlayacaq.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Dünya kubokunda iştirak edəcək tanınmış idmançıların siyahısını təqdim edirik.
Fərdi çıxış proqramı üzrə: 
Azərbaycan:

Zöhrə Ağamirova - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, lV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı;
Alina Gözəlova - Avropa çempionatının bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının qalibi;
Bolqarıstan: 
Nikolova Stiliana - dünya çempionatının üçqat gümüş və bürünc mükafatçısı, Avropa çempionatının qalibi və bürünc mükafatçısı;
İspaniya: 
Bautısta Alba - dünya çempionatının bürünc mükafatçısı; 
Beryozina Polina - dünya çempionatının bürünc mükafatçısı; 
Almaniya: 
Varfolomeyev Darya - dünya çempionatının qalibi, üçqat gümüş və bürünc mükafatçısı, Avropa çempionatının ikiqat bürünc mükafatçısı;
İsrail:
Adi Asya Kats - Avropa çempionatının ikiqat bürünc mükafatçısı;
Atamanov Darya - Ümumdünya Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı, Avropa çempionatının qalibi, üçqat gümüş və bürünc mükafatçısı;
İtaliya: 
Agiurgiucules Alexandra - dünya çempionatının gümüş və ikiqat bürünc mükafatçısı;
Baldassari Milena - dünya çempionatının qalibi, ikiqat gümüş və ikiqat bürünc mükafatçısı; 
Raffaeli Sofiya - Ümumdünya Oyunlarının qalibi və ikiqat gümüş mükafatçısı, dünya çempionatının beşqat qalibi, gümüş və ikiqat bürünc mükafatçısı, Avropa çempionatının ikiqat qalibi və ikiqat gümüş mükafatçısı;
Sloveniya:
Vedeneyeva Yekaterina - Ümumdünya Oyunlarının və dünya çempionatının bürünc mükafatçısı; 
Onoprienko Viktoriya - Ümumdünya Oyunlarının bürünc mükafatçısı;

Qrup hərəkətləri proqramı üzrə: 

Qrup hərəkətləri üzrə Azərbaycan komandası: 
Zeynəb Hümmətova - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının gümüş və altıqat bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı;
Güllü Ağalarzadə - dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının üçqat bürünc mükafatçısı;
Darya Sorokina - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının gümüş və beşqat bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı;
Yelizaveta Luzan - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının beşqat bürünc və gümüş mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı;
Ləman Əlimuradova - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının beşqat bürünc və gümüş mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı;
Kamilla Əliyeva - Avropa çempionatının üçqat bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı;

Qrup hərəkətləri üzrə Bolqarıstan komandası: 
İvanova Sofiya - Avropa çempionu, dünya çempionatının ikiqat qalibi; 
Petrova Kameliya - Avropa çempionu, dünya çempionatının ikiqat qalibi; 
Stoyanov Reyçl - Avropa çempionu, dünya çempionatının ikiqat qalibi; 
Tomova Radina - dünya çempionatının ikiqat qalibi; 
Traşlıeva Jenina - Avropa çempionu, dünya çempionatının ikiqat qalibi; 

Qrup hərəkətləri üzrə İsrail komandası: 
Bakanov Şani - dünya çempionatının ikiqat gümüş, Avropa çempionatının qızıl və gümüş mükafatçısı;
Friedmann Adar - dünya çempionatının ikiqat gümüş, Avropa çempionatının qızıl və gümüş mükafatçısı;
Paritzki Romi - dünya çempionatının ikiqat gümüş, Avropa çempionatının qızıl və gümüş mükafatçısı;
Şaham Ofir - dünya çempionatının ikiqat gümüş, Avropa çempionatının qızıl və gümüş mükafatçısı;
Svertsov Diana - dünya çempionatının ikiqat gümüş, Avropa çempionatının qızıl və gümüş mükafatçısı;

Qrup hərəkətləri üzrə İtaliya komandası:
Centofanti Martina - Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının beşqat qalibi, beşqat gümüş və ikiqat bürünc mükafatçısı, Avropa çempionatının qalibi, üçqat gümüş və bürünc mükafatçısı; 
Maurelli Alessiya - Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının dördqat qalibi, altıqat gümüş, ikiqat bürünc mükafatçısı, Avropa çempionatının üçqat qalibi, altıqat gümüş və bürünc mükafatçısı;
Mogurean Daniela - Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionatının ikiqat qalibi, beşqat gümüş mükafatçısı, Avropa çempionatının ikiqat qalibi, üçqat gümüş və bürünc mükafatçısı;
Paris Laura - dünya çempionatının ikiqat qalibi, üçqat gümüş mükafatçısı, Avropa çempionatının ikiqat qalibi, ikiqat gümüş mükafatçısı; 
Russo Alessia - dünya çempionatının bürünc mükafatçısı;

Qrup hərəkətləri üzrə İspaniya komandası:
Berqua Navales İnes - dünya çempionatının üçqat bürünc, Avropa çempionatının gümüş mükafatçısı;
Markiz Valeriya - dünya çempionatının üçqat bürünc, Avropa çempionatının gümüş mükafatçısı;
Martinez Mireya - dünya çempionatının üçqat bürünc, Avropa çempionatının gümüş mükafatçısı;
Perez Fos Patricia - dünya çempionatının üçqat bürünc, Avropa çempionatının gümüş mükafatçısı;
Solaun Salma - dünya çempionatının üçqat bürünc, Avropa çempionatının gümüş mükafatçısı;

Qrup hərəkətləri üzrə Yaponiya komandası: 
İnaki Rinako - dünya çempionatının ikiqat bürünc mükafatçısı;
Suzuki Ayuka - dünya çempionatının qalibi, dördqat gümüş və üçqat bürünc mükafatçısı;
Takenaka Nanami - dünya çempionatının qalibi, üçqat gümüş və ikiqat bürünc mükafatçısı; 
İmaoka Rina - dünya çempionatının ikiqat bürünc mükafatçısı

Faydalı məlumatlar

İştirakçılar