İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə FIG Dünya kuboku, AGF Trophy

İdman gimnastikası üzrə FIG Dünya kuboku, AGF Trophy

Yarış haqqında

Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenası daha bir mötəbər yarışa - Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi edəcək.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.
Qeyd edək ki, dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Qeyd edək ki, 2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 12 manat təşkil edir. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq.


Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Dünya kubokunda iştirak edəcək tanınmış idmançıların siyahısını təqdim edirik.

Kişilər:
Albaniya: Matvey Petrov, Avropa çempionu;
Avstriya: Hök Vinsent, Avropa çempionatının gümüş mükafatçısı;  
Xorvatiya: Benoviç Orel, Avropa çempionatının gümüş mükafatçısı;
Ude Filip, Pekin-2008 Olimpiya Oyunlarının, Avropa və dünya çempionatının gümüş mükafatçısı; 
Srbik Tin, Tokio-2020 Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya çempionu, Avropa çempionatının ikiqat gümüş mükafatçısı; 
Kipr: Ciorciu Marius, Avropa çempionatının bürünc mükafatçısı;
Böyük Britaniya: Freyzer Co, dünya çempionu, Avropa çempionatının gümüş və bürünc mükafatçısı;  
Macarıstan: Tomjani Benedek, Avropa çempionatının bürünc mükafatçısı; 
Mesaroj Kristofer, Avropa çempionatının bürünc mükafatçısı; 
Veçerniyeş David, Avropa Oyunlarının bürünc, Avropa çempionatının ikiqat bürünc mükafatçısı;
İrlandiya: MakKlenagan Ris, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı;
İsrail: Medvedev Andrey, dünya çempionatının bürünc, Avropa çempionatının ikiqat gümüş mükafatçısı; 
Dolgopyat Artyom, Olimpiya və Avropa çempionu, dünya çempionatının ikiqat gümüş makafatçısı;
Myakinin Aleksandr, Avropa çempionatının bürünc mükafatçısı; 
İtaliya: Mareska Salvatore, Avropa və dünya çempionatının bürünc mükafatçısı; 
Litva: Tvorogal Robert, Avropa Oyunlarının qalibi, Avropa çempionu; 
Hollandiya: Şmid Kazimir, Avropa Oyunlarının gümüş mükafatçısı; 
Türkiyə: Asil Adem, Avropa çempionatının gümüş və bürünc mükafatçısı; 
Arican Fərhat, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa Oyunlarının bürünc mükafatçısı, Avropa çempionatının ikiqat qalibi; 
Çolak İbrahim, dünya və Avropa çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı; 
Ukrayna: Kovtun İlya, Avropa və dünya çempionatının bürünc mükafatçısı;  
Vaşenko Roman, Avropa çempionu;

Qadınlar:
Bolqarıstan: Georgieva Valentina, Avropa çempionatının gümüş mükafatçısı;
Fransa: Edui Karolann: Dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı; 
Şarpi Lore, Avropa Oyunlarının gümüş, Avropa çempionatının gümüş və bürünc mükafatçısı;
Macarıstan: Dorina Bojoego, Avropa çempionatının bürünc mükafatçısı;
Baçkay Çenge Mariya, Avropa çempionatının bürünc mükafatçısı; 
İsrail: Raz Lihi, Avropa çempionatının bürünc mükafatçısı;
Hollandiya: Van Pol Vera, Avropa Çempionatının bürünc mükafatçısı;
Rumıniya: Dutse Antoniya, Avropa çempionatının gümüş mükafatçısı;
Stençulesku İoana , Avropa çempionatının gümüş mükafatçısı; 
Sloveniya: Belak Teya, Avropa Oyunlarının qalibi;

Türkiyə: Üçtaş Şanlı Göksü, Avropa çempionatının gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi; 
Özbəkistan: Çusovitina Oksana, Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, üçqat dünya çempionu, Avropa Oyunlarının gümüş mükafatçısı, dördqat Avropa çempionu;

Faydalı məlumatlar

İştirakçılar