İdman

gimnastikadan

başlayır

Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, AGF Trophy

Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, AGF Trophy

Yarış haqqında

2023-cü ili uğurla başa vuran Azərbaycan Gimnastika Federasiyası 2024-cü ilin fevral ayından etibarən beynəlxalq yarışlar mövsümünə start verir.
Federasiyanın təşkil edəcəyi ilk yarış fevralın 23-dən 25-dək ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kuboku olacaq. Qeyd edək ki, batut gimnastikası üzrə Dünya kuboku fərdi proqramda Paris-2024-ə lisenziya xarakteri daşıyacaq.
Yarışda batut üzrə 32, tamblinq üzrə 6 ölkə təmsilçisi  çıxış edəcək.  Ümumilikdə yarışda hər iki növ üzrə 300 idmançı mübarizə aparacaq. Batut gimnastikası üzrə yarışda Azərbaycanı milli komandamızın üzvləri qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edir.  Yarışda həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif ediləcəklər.
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb.
Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil edəcəyi yeddinci Dünya kuboku olacaq.   
Tamblinq üzrə yarışda Avropa və ikiqat dünya çempionu Mixail Malkin, komanda hesabında dünya çempionları Adil Hacızadə və Tofiq Əliyev, gənclər arasında Avropa çempionatının komanda hesabında bürünc mükafatçısı Bilal Qurbanov çıxış edəcəklər.
Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində mütəmadi olaraq yenilənəcək.
İdmançıların çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat mərhələsinə 10 azn (23 fevral), yarımfinal mərhələsinə 12 azn (24 fevral), final mərhələsinə isə 15 manat (25 fevral) təşkil edir.

Yarışların başlama vaxtı:
23 fevral - 12:00
24 fevral - 12:00
25 fevral - 12:00

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Dünya kubokunda iştirak edəcək tanınmış idmançıların siyahısını təqdim edirik:
Batut gimnastikası
Çin:

Lanqyu Yan - dünya çempionatının ikiqat qalibi (fərdi çıxış) və gümüş medalçısı (komanda hesabı və komanda çoxnövçülüyü);
Zisai Vang - dünya çempionatının gümüş mükafatçısı (fərdi çıxış);
Yiçenq Hu - dünya çempionatının üçqat qalibi (2 dəfə komanda hesabı, 1 dəfə sinxron cütlük proqramı);
Xueyinq Ju - Olimpiya çempionu (fərdi çıxış) və dünya çempionatının üçqat qalibi (sinxron cütlük proqramı, komanda hesabı və komanda çoxnövçülüyü);
Qianqi Lin - dünya çempionatının ikiqat gümüş mükafatçısı (sinxron cütlük proqramı və komanda hesabı);
Xinyi Fan - dünya çempionatının ikiqat qalibi (komanda hesabı);
Yunju Cao - dünya çempionatının ikiqat qalibi (komanda hesabı) və ikiqat gümüş mükafatçısı (fərdi çıxış və komanda hesabı);
Xinxin Zhang - dünya çempionu (sinxron cütlük proqramı);
İspaniya:
Xorxe Martin - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabı);
Devid Vega - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabı);
Fransa:
Julyen Şartye - dünya çempionatının qızıl və gümüş mükafatçısı (komanda hesabı);
Allan Morante - dünya çempionatının qızıl (komanda hesabı) və ikiqat gümüş mükafatçısı (fərdi çıxış və komanda hesabı);
Morqan Demiro-o-Domiro - dünya çempionatının qızıl və bürünc mükafatçısı (komanda hesabı və sinxron cütlük proqramı);
Piyer Güzu - dünya çempionatının qızıl (komanda hesabı), gümüş (komanda hesabı) və bürünc mükafatçısı (sinxron cütlük proqramı), Avropa çempionatının bürünc mükafatçısı (sinxron cütlük proqramı);
Anai Breşe - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabı);
Lea Lyabru - dünya çempionatının ikiqat gümüş mükafatçısı (komanda hesabı və sinxron cütlük proqramı);
Laura Paris - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabı);
Klea Brusse - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabı);
Böyük Britaniya:
Zak Perzamanos - dünya çempionatının qalibi (komanda hesabı), ikiqat bürünc mükafatçısı (komanda hesabı və komanda çoxnövçülüyü);
Korey Oulks - dünya çempionatının ikiqat bürünc mükafatçısı (komanda hesabı və komanda çoxnövçülüyü);
Brioni Peydj - Olimpiya Oyunlarının gümüş (Rio-2016) və bürünc (Tokio-2020) mükafatçısı (fərdi çıxış), üçqat dünya çempionu (2 dəfə fərdi çıxış, 1 dəfə komanda çoxnövçülüyü);
Izabell Sonqhörst - dünya çempionatının qızıl (komanda çoxnövçülüyü), 3 qat gümüş (2 dəfə komanda hesabı və 1 dəfə komanda çoxnövçülüyü) və ikiqat bürünc mükafatçısı (komanda çoxnövçülüyü, sinxron cütlük proqramı);
Gürcüstan:
Apakidze Anano - dünya çempionatının bürünc mükafatçısı (komanda hesabı);
Mariyam Ragimovi - dünya çempionatının bürünc mükafatçısı (komanda hesabı);
Lyuba Golovina - dünya çempionatının bürünc mükafatçısı (komanda hesabı);
Almaniya:
Kayo Lauxterman - dünya çempionu (sinxron cütlük proqramı);
Matias Fleyderer - dünya çempionatının qızıl, gümüş (sinxron cütlük proqramı) və bürünc mükafatçısı (komanda hesabı);
Matias Şuldt - dünya çempionatının bürünc mükafatçısı (komanda hesabı);
Fabian Vogel - dünya çempionatının ikiqat qalibi (sinxron cütlük proqramı), gümüş (sinxron cütlük proqramı) və bürünc mükafatçısı (komanda hesabı);
Yaponiya:
Ryusei Nişioka - dünya çempionatının ikiqat gümüş (fərdi çıxış və komanda hesabı) və bürünc mükafatçısı (fərdi çıxış);
Hiroto Unno - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabı);
Ryosuke Sakai - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabı);
Hikaru Mori - dünya çempionatının üçqat qızıl (fərdi çıxış, sinxron cütlük proqramı və komanda hesabı), gümüş (sinxron cütlük proqramı) və bürünc mükafatçısı (komanda hesabı);
Reyna Satake - dünya çempionatının ikiqat qalibi (komanda hesabı);
Yeni Zelandiya:
Dilan Şmid - Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionatının qalibi (fərdi çıxış);
Portuqaliya:
Dioqo Abreu - dünya çempionatının qalibi (komanda hesabı), üçqat gümüş (komanda hesabı, sinxron cütlük proqramı, komanda çoxnövçülüyü) və bürünc (komanda çoxnövçülüyü), Avropa çempionatının ikiqat bürünc mükafatçısı (komanda hesabı və sinxron cütlük proqramı);
Lukas Santoş - dünya çempionatının qalibi (komanda hesabı);
Pedro Fereyra - dünya çempionatının qızıl (komanda hesabı), gümüş (sinxron cütlük proqramı) və bürünc mükafatçısı (komanda hesabında ikili mini-batut proqramı);
Sofiya Correya - dünya çempionatının gümüş
və bürünc mükafatçısı (komanda çoxnövçülüyü);
İngrid Mayor - dünya çempionatının bürünc mükafatçısı (komanda çoxnövçülüyü);
Katarina Marianitu Nunyej - dünya çempionatının gümüş (komanda çoxnövçülüyü) və bürünc mükafatçısı (sinxron cütlük proqramı);
Andre Dias - dünya çempionatının gümüş mükafatçısı (komanda hesabında ikili mini-batut proqramı);
Ukrayna:
Anton Davidenko - Avropa çempionatının bürünc (komanda hesabı) mükafatçısı;
Svitlana Malkova - Avropa çempionatıın bürünc (sinxron cütlük proqramı) mükafatçısı;
ABŞ:
Isaak Rouli - dünya çempionatının qalibi (komanda çoxnövçülüyü);
Ruben Padilla - dünya çempionatının üçqat qalibi (sinxron cütlük proqramı, komanda hesabı, komanda hesabında ikili mini-batut proqramı), altıqat gümüş (2 dəfə komanda hesabı, sinxron cütlük proqramı, komanda hesabında ikili mini-batut proqramı, 2 dəfə ikili mini-batut proqramı) və ikiqat bürünc mükafatçısı (ikili mini-batut və komanda hesabında ikili mini-batut proqramı);
Aleksey Şostak - dünya çempionatının qızıl (komanda çoxnövçülüyü), ikiqat gümüş mükafatçısı (sinxron cütlük proqramı və komanda çoxnövçülüyü);
Nikol Ahsinger - dünya çempionatının ikiqat qızıl (sinxron cütlük proqramı, komanda hesabı), ikiqat gümüş mükafatçısı (komanda hesabı);
Çeyenne Sara Vebster - dünya çempionatının ikiqat qızıl (sinxron cütlük proqramı, komanda hesabı) və gümüş mükafatçısı (komanda çoxnövçülüyü);
Logan Makkoy - dünya çempionatının bürünc mükafatçısı (sinxron cütlük proqramı);

Tamblinq
Azərbaycan:

Mixail Malkin - dünya çempionatının ikiqat qalibi (fərdi çıxış və komanda hesabı);
Tofiq Əliyev - dünya çempionatının qalibi (komanda hesabı);  
Adil Hacızadə - dünya çempionatının qalibi (komanda hesabı);
Fransa:
Kandi Brier-Vetilar - dünya çempionatının qızıl və bürünc mükafatçısı (komanda hesabı);
Maelle Dumitru-Marın - dünya çempionatının qızıl, gümüş və bürünc mükafatçısı (komanda hesabı);
Portuqaliya:
Margarida Agostinyo - dünya çempionatının bürünc mükafatçısı (komanda çoxnövçülüyü);
Mariyana Kaskalhera - dünya çempionatının gümüş mükafatçısı (komanda çoxnövçülüyü);

 

 

 

Faydalı məlumatlar

İştirakçılar

ANNAG Abdennour

MESSATFA Redha

FERRARI Santiago

BATTY Brock

FLORIAN Imogen

RUTHERFORD Blake

SWADLING Shaun

WATTS Abbie

ABBASOV Huseyn

ALIYEV Mehdi

ALIYEV Tofig

GURBANOV Bilal

HAJIZADA Adil

MAHSUDOVA Seljan

MALKIN Mikhail

MIRZAYEV Nijat

DUTRA Rayan

GOMES Alice

GOMES Camilla

PENEVA Hristina

AUBIN Remi

FLYNN Gabriella

METHOT Sophiane

MILETTE Sarah

SOEHN Keegan

TAM Rachel

HERNANDEZ Angel

HRUDOVA Aneta

JURICKOVA Michaela

KUBIK Lukas

NOVAK Matyas

KJAER Benjamin

BRECHE Anais

BRIERE-VETILLARD Candy

BROUSSE Clea

CHARTIER Julian

DEMIRO-O-DOMIRO Morgan

DUMITRU-MARIN Maelle

FERREIRA Kevin

GOUZOU Pierre

HERGUE Hippolyte

LABROUSSE Léa

MORANCAIS Manon

MORANTE Allan

PARIS Laura

PREVOT Maiwenn

APAKIDZE Anano

GOLOVINA Luba

JANJGAVA Teona

RAGIMOVI Mariam

ADAM Leonie

LAUXTERMANN Caio

PFLEIDERER Matthias

ROESLER Aileen

SCHULDT Matthias

VOGEL Fabian

PAGE Bryony

PERZAMANOS Zak

STAMP Andrew

WALKES Corey

EFRAIMOGLOU Alexandra

GRAPSAS Marios

KASAPOGLOU Lila

DEVINE Ryan

LAVINO Marco

MURGO Isabella

PATISSO COLONNA Samuele

MIYANO Hayato

MORI Hikaru

NISHIOKA Ryusei

SAKAI Ryosuke

SATAKE Reina

TANAKA Kiko

UNNO Hiroto

ALIYEV Pirmammad

MUSSABAYEV Danil

ROMAKHOV Alexandr

OVCARUKA Darja

NAVARRO LOZA Dafne

ABRAHAMS Michael

SCHURING Romana

DAVIDSON Madaline

SCHMIDT Dylan

BAO Tong

CAO Yunzhu

FAN Xinyi

FU Weijian

HE Longyu

HU Yicheng

LIN Qianqi

WANG Zisai

YAN Langyu

ZHANG Xinxin

ZHOU Jie

ZHU Xueying

REMPALSKI Kacper

STARCZYNSKI Wiktor

TUJAKA Nicole

ZUREK Sandra

ZYDEK Oktawian

ABREU Diogo

AGOSTINHO Margarida

ALBUQUERQUE Gabriel

CARVALHO Mariana

CASCALHEIRA Mariana

CORREIA Sofia

FERREIRA Pedro

GOMES Diogo

MAIOR Ingrid

MARIANITO NUNES Catarina

NUNES Goncalo

PESO Vasco

SANTOS Lucas

BOOYSEN Jordan

BOSCH Matthew

FRANCO David

MARTIN Jorge

RODRIGUEZ Melania

ROMERO ROSARIO Noemi

VEGA David

VILARASAU Robert

DANIS Emirhan

ESEN Ecem Nisa

KARAKAS Sena Elcin

KARAKUS Sila

MUTLU Gurkan

YALCIN Livanur

ALAROVA Sofiia

DAVYDENKO Anton

IVANSKYI Mykyta

MALKOVA Svitlana

PIATAKOVA Veronika

PROSTOROV Mykola

ROZHKO Dmytro

ROZHKOVA Kateryna

AHSINGER Nicole

HERNANDO Ava

MACCAGNAN Ryan

MC COY Logan

PADILLA Ruben

ROWLEY Isaac

SHOSTAK Aliaksei

WEBSTER Cheyenne Sarah

KHASANBOEV Mirshokhid

MUMINOV Yahyobek